Musiqi
Musiqi

22 il sonra yenidən...

22  il sonra yenidən...

Müğənni Elçin Cəfərov Əməkdar artist Almaz Ələsgərlinin illər əvvəl oxuduğu “Sənsizəm” hitinə yeni həyat verib.

OLAY yazır ki, ifaçı Vaqif Gərayzadə bəstəsi olan və 2002-ci ildə təqdim olunan mahnını Ələsgərli ilə duet şəklində səsləndirib.

Yeni duet kompozisiyasına video çarx da hazırlanıb.

Qeyd edək ki, müğənnilər sözügedən ifanı bir ay əvvəl Heydər Əliyev Mərkəzinin parkında keçirilən “Yay Festivalı” bağlanmış konsertində təqdim edib. Onların ifası alqışlarla qarşılanmışdır.