Musiqi
Musiqi

Həbs olunarkən sərxoş imiş - Sübut olundu

Həbs olunarkən sərxoş imiş - Sübut olundu

Dünya pop musiqisinin ulduzu Castin Timberleykin sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilməsi ilə bağlı insident təxminən iki ay əvvəl baş versə də, lakin bu hadisə ətrafında söz-söhbət bitmir və yeni təfərrüatlar sosial media sızır. İnsayderlər nəşrlərə olayla bağlı bir o qədər şokedici detallar açıqlayırlar. 

OLAY “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, tüstü iyi alan Timberleyk polisin göstərişlərinə əməl edə bilməyib. Nəşrin əldə etdiyi məlumata görə, Castin üç dəfə alkotester testindən keçməkdən imtina edib, lakin eyni zamanda “çox sayda sərxoşluq əlamətləri göstərib”: diqqətini cəmləyə bilmir, yanlış istiqamətə dönür və daim yellənirdi. Bütün bu qeydlər sənətçini pozduğuna görə saxlayan polis əməkdaşı tərəfindən edilib. 

Bunlara rəğmən Castin günahını inkar edir. O, hətta pərəstişkarlarının da onu tənqid etdiyi hadisəyə heç vaxt münasibət bildirməyib. İnsayder Castinin uzun müddətdir alkoqolla bağlı problemləri olduğunu və bunun üçün həyat yoldaşı Cessika Bil də daxil olmaqla ətrafındakıların günahkar olduğunu açıqlaması ictimaiyyəti daha da narahat edib.

Qeyd edək ki, Castin Timberleyk iyunun 18-də Nyu-York polisi tərəfindən saxlanılıb. Məşhurun saxlanılmasına səbəb onun sükan arxasına sərxoş halda oturması olub.

Rəşad Əliyev