Musiqi
Musiqi

“Bəziləri kimi telefonla klip çəkdirməmişəm”

“Bəziləri kimi telefonla klip çəkdirməmişəm”

Müğənni Mina Hüseyn “Sonsuzadək” adlı yeni mahnısına çəkdirdiyi klipini təqdim edib.

OLAY yazır ki, söz və musiqisi Elnur Novruzova aid olan mahnıya müğənni xeyli xərc çəkdiyini açıqlayıb:

“Xaricdə bir sıra klip çəkdirmişəm. Hər birinə də xeyli pul xərcləmişəm. Bütün komandamı özümlə aparıb fərqli işlər görməyə çalışmışam. 

Avropada da klip çəkdirmək istəyirdim. Bir sıra adlı-sanlı müğənnilərimizin Avropada çəkdirdiyi kliplər var. Baxanda adam utanır. Telefonu alıblar əllərinə prodüserlərinə klip çəkdiriblər. Montajda bir təhər nəsə ərsəyə gətirib, klip adı ilə təqdim ediblər. 

Mən isə bu klip komandam ilə Monteneqroya yollandım. Rejissor Fuad İsmayılov ən müasir avadanlıqlarla bu ekran işini ərsəyə gətirdi. Allah heç kəsin əziyyətini yerdə qoymasın. İnşallah ki, tamaşaçıların da ürəyincə olar”.