Musiqi
Musiqi

“Qarabağ şikəstəsi”ni belə eşitməmisiniz...

“Qarabağ şikəstəsi”ni belə eşitməmisiniz...

“Döngə” rok qrupu mərhum xanəndə Xan Şuşinskinin repertuarına müraciət edib.

OLAY yazır ki, gənc musiqiçilər “Qarabağ şikəstəsi” xalq mahnısını yeni versiyada dinləyicilərə təqdim edib.

İlk dəfə rok janrında ifa edilən mahnıya klip də çəkilib. Rejissoru Fərhad Məmmədli olan layihənin çəkilişləri iki gün ərzində həyata keçirilib.  

Qeyd edək ki, klipdə rok qrupu ilə yanaşı 11 yaşlı xanəndə Murad Nəbizadə də rol alıb. O, xalq mahnısının misralarından birini ifa edib.

“Biz bu mahnı ilə bir daha sübut etdik ki, keçmişlə gələcək arasında bir növ körpü yaratmaqla milli dəyərlərimizi gənc nəslə yeni üslubda ötürmək olar”  - deyə, solistlər qeyd ediblər.

Onu da əlavə edək ki, klipdə qrupun imici üzərində iranlı dizayner Faranak Şancan çalışıb.