Musiqi
Musiqi

Türk müğənni Üzeyirin mahnısını oxudu

Türk müğənni Üzeyirin mahnısını oxudu

Türkiyəli müğənni Sevcan Dalkıran Üzeyir Mehdizadənin mahnısını oxuyub.

OLAY yazır ki, o, dörd il əvvəl Üzeyirlə birgə səsləndirdiyi “Ay balam” mahnısının akustik versiyasını ifa edib.

Sevcan bu mahnı üçün kamera qarşısına da keçib. Klipi isə öz "YouTube” kanalda yayımlayıb. Qısa müddətdə bu ifa sosial şəbəkələrdə gündəm olub. Onu Üzeyirlə müqayisə edənlər də var, hər iki ifanı bəyənənlər də... 

Qeyd edək ki, mahnının sözləri Erkan Çelikə, musiqisi Üzeyir Mehdizadəyə məxsusdur.