Olay
Olay

“Oğlanlar Erkan Özermanı masaj etsə, dərəcə qazanar” – Qalmaqal

“Oğlanlar Erkan Özermanı masaj etsə, dərəcə qazanar” – Qalmaqal

Türkiyədə “Best model” yarışması ilə bağlı qalmaqal yaşanıb.

OLAY yazır ki, TV8-də yayımlanan “İkinci sayfa” proqramına qonaq olan yarışmanın “Best smile” mükafatçısı Elmas Yıldız birincinin müsabiqədən öncə bəlli olduğunu bildirib.

E.Yıldız bildirib ki, təşkilatçılar yarışmadakı gənc oğlanlara “Erkan Özermanı kim masaj etmək istəyir” təklifi edirlər, imtina alanda isə onlara “Finalda görərsiniz” deyə mesajlar yazılır.

Verilişə telefonla bağlanan “Best model” finalçısı Barış Aslan isə söylədikləri ilə Elması dəstəkləyib:

“Mən o əxlaqsız təklifləri qəbul etmədiyim üçün dərəcəyə girə bilmədim. Telefonuma mesaj yazıb dedilər. Bəziləri 2-3 mükafat birdən alıb. Həmin mükafatın yaraşmadığı insanlar təltif edildilər. Belə bir şey indiyədək “Best model” tarixində olmayıb. Eyni adamın üst-üstə iki-üç dərəcə almasına şok oldum. “Bet model” tarixində bir ilk oldu. Keçəl birincimiz var. Digərlərini deməyə belə gərək yoxdur. Onlar ilk üçlükdə yer almalı deyildilər. Bu qədər qısa vaxtda səslərin hesablanması da mümkünsüzdür. İlk beşlikdə yox idim, Erkan Özerman məni önə gətirdi. Yarışmanın stressi ilə səslərini yaza bilmədim, unutdum. Əxlaqsız təklidi rədd etdiyim üçün mənə heç bir dərəcə vermədilər. Mən 1,5 il yarışma üçün hazırlandım. Dieta və idmana başladım. Əxlaqsız təklifi qəbul etmədiyim üçün məni cəzalandırdılar. Duruşumu pozmadığım üçün özümlə qürur duyuram. Bu canlı yayım başlanğıc idi, davamını gətirəcəyik. “Erkan Özermanı masaj etsən, dərəcəyə girəcəksən” dedilər. Mən bu pis əmələ alət olmadım”.

Qeyd edək ki, yarışmada bu il Oğulşat Gagşalova ve Bartu Dilmen birinci seçilib.