Musiqi
Musiqi

Roza “Səni verənə şükür” dedi

Roza “Səni verənə şükür” dedi

Müğənni Roza Zərgərli yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi “Səni verənə şükür” adlı mahnısını dinləyicilərinin ixtiyarına verib.

Nəğmənin sözləri Altay Yaşara, musiqisi Pərviz Mahmudova, aranjimanı isə Camal Qurbanova məxsusdur.

Mahnı ifaçının rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımlanıb.

Qeyd edək ki, Zərgərli bir müddət öncə “24 mayda ərə gedirəm” açıqlaması ilə diqqət çəkmişdi. O, bu gün sözügedən nəğməni gəlinlik geyindiyi “cover” fotosu ilə yayımlayıb.