Musiqi
Musiqi

Xumardan doğum günündə yeni layihə!

Xumardan doğum günündə yeni layihə!

Əməkdar artist Xumar Qədimova doğum günündə “Bir addım qalıb” adlı mahnısı üçün çəkdirdiyi klipini təqdim edib.

OLAY yazır ki, bəstənin sözləri mərhum Xalq şairi Zəlimxan Yaquba, musiqisi Xumarın özünə məxsusdur. Aranjimanını Bəxtiyar Həsənovun etdiyi nəğməni Nicat Alışov ekranlaşdırıb.

Klip müğənninin rəsmi yutub kanalında sevənlərinin ixtiyarına verilib.

Qeyd edək ki, Qədimovanın bundan öncə təqdim etdiyi “Sevdim səni” mahnısının sözləri isə Xalq şairi Ramiz Rövşənə məxsusdur.