Musiqi
Musiqi

Xumar trenddə birincidir!

Xumar trenddə birincidir!

Fərqli tərzi və ifaları ilə diqqət çəkən Əməkdar artist Xumar Qədimovanın “Sevdim səni” adlı yeni mahnısı da yutub trendində birinci pillədə yer alıb.

OLAY yazır ki, sənətçinin 2 fevralda təqdim etdiyi yeni ifası 626 mindən çox baxış sayı toplayıb.

Qeyd edək ki, mahnının sözləri Xalq şairi Ramiz Rövşənə, musiqisi isə Xumarın özünə məxsusdur. Mahnıda ona Şeyx adlı sənətçi yoldaşlıq edərək, bir hissədə yer alıb.

Onu da bildirək ki, Qədimova ötən aylarda “Dilbərim” mahnısı ilə 7 fərqli yutub kanalında birinci olaraq ilkə imza atmışdı.