Musiqi
Musiqi

“Sevdim səni”dən daha bir rekord!

“Sevdim səni”dən daha bir rekord!

Əməkdar artist Xumar Qədimovanın yeni təqdim etdiyi “Sevdim səni” klipi daha bir rekorda imza atıb.

Axşam.az xəbər verir ki, müğənninin yeni işi yutubda ölkə üzrə ən çox izlənən video olaraq trenddə birinci yerə yüksəlib. Ötən gün ölkədə izləmə sırasında türk serialı “Gaddar” birinci idi. Qədimovanın klipi onu geridə qoymağı bacarıb.

“Sevdim səni” bir neçə gündə izləmə sayına görə 1 milyonu keçib.

Sözləri Xalq şairi Ramiz Rövşənə aid olan bəstənin musiqisi Xumarın özünə aiddir.