Dünyaca məşhur müğənni Adel yeni mahnısı “Oh My God”ı ekranlaşdırıb.
OLAY yazır ki, ard-arda rekord qıran sənətçi dünən klipini sevənlərinə təqdim edib.
“Qremmi” mükafatına layiq görülmüş 33 yaşlı ifaçının ağ-qara klipi bir gündə 10 milyona yaxın baxış toplayıb.
Qeyd edək ki, Adel noyabrın 19-da “30” adlı yeni albomunu təqdim edib. Sənətçinin yeni layihəsi hazırda “Billboard 200”də birinci yerdədir.