Musiqi
Musiqi

İmicini dəyişdirib klip çəkdirdi

İmicini dəyişdirib klip çəkdirdi

Müğənni Samira Rəcəbli yeni klipini təqdim edib.

OLAY yazır ki, sənətçi flamenko tərzində olan “Sənsiz olmaz” adlı mahnısına klip çəkdirib. 

Ekran işi üçün imic dəyişdirib saçını uzadan ifaçının mahnısının musiqisi Aynur Adilqızına, sözləri Leyli Erola, aranjiman və miksi Elvin İmanova məxsusdur.

Klipin rejissoru Nail Naiboğlu, İşıq üzrə rəssamı Rauf Cavadov, dekor rəssamı İbrahim Məmmədov, texniki direktoru Vəli Əliyevdir. 

Müğənnini gitarada İntizar Məmmədzadə müşahidə edib. İfaçı klipi yutub kanalında yayımlayıb.