Musiqi
Musiqi

Yaşar kimdən xəbər gözləyir?

Yaşar kimdən xəbər gözləyir?

Müğənni Yaşar Yusub yazın gəlişi ilə ilk layihəsini təqdim edib.

OLAY yazır ki, ifaçı “Xəbər elə” adlı yeni mahnısını izləyicilərinin ixtiyarına verib. 

Bəstənin sözləri Oktay Kamil, musiqisi Fərid Kərimli, aranjimanı isə Elvin Musayevə aiddir. Yaşarın sadəcə şəkillərlə “cover” variantda hazırladığı işi yenə də sevgidən bəhs edir. 

Müğənni lirik balladaların onun  repertuarında daha çox uğurlu alındığını deyərək, bu musiqinin də tezliklə seviləcəyini bildirir. Qeyd edək ki, “Xəbər elə” artıq Yaşarın rəsmi yutub kanalında onlayndır.