Musiqi
Musiqi

Murad Arifdən yeni klip

Murad Arifdən yeni klip

Müğənni Murad Arif yeni klipini sevənlərinin ixtiyarına verib.

OLAY yazır ki, sözləri Çingiz Əlioğluya, musiqisi Mikayıl Vəkilova məxsus mahnı “Bilərsən” adlanır. Nəğmənin aranjimanını Emin Karim edib.

Ekran işinin rejissorluğu isə DeLee-yə həvalə olunub.

Klip Murad Arifin rəsmi yutub kanalında yayımlanıb.

Qeyd edək ki, “Bilərsən” ilk dəfə 1984-1993-cü illərdə fəaliyyət göstərmiş “Karvan” qrupunun ifasında səslənib.