Müğənni-bəstəkar Murad Arif Azərbaycan estradasının ölməz kompozisiyasını fərqli formada səsləndirib.
OLAY yazır ki, sənətçi musiqisi Mikayıl Vəkilova, sözləri isə Malik Fərruxa aid olan “Qara gözlər”i oxuyub. O, bu ifasına klip də çəkdirib. Kompozisiyanın nostalgiyasını qorumaq üçün ekran işi ağ-qara formada təqdim edilib.
“Azərbaycandilli estradanı bizim nəsilə sevdirən insan... Onun nəğmələrini milyon mahnılardan seçmişik. Əlbəttə ki, Malik Fərruxun həzin, kövrək sözlərinə bəstələnmiş “Qara gözlər” sevimli “Karvan” ifasında, xalqın mahnısı olaraq, qəlbimizdə xüsusi yerdədir. Həmin temporitm və hərəkətliliyə rəğmən, nəğmənin içindəki kədəri dilə gətirmək arzum olub. Bəstəkar Mikayıl Vəkilov və şair Malik Fərruxun ailəsinin xeyir-duası ilə çox sevdiyim əsərə öz münasibətimi təqdim edirəm. Bu da olsun yağışlı Bakı payızının romantik “Qara gözləri”, - Murad Arif qeyd edib.
Qeyd edək ki, klipin rejissoru Elmar Rəşidoğludur.