“Mənim formatım, qurduğum obraz və treklərim o geyimləri tələb edir. Hər kəsin zövqünə oxşamağa çalışsaq, dəlixanalıq olarıq. Biri geyimi, o biri oturuşu, digəri adını bəyənməyəcək”.
OLAY yazır ki, bu sözləri müğənni Səmra Rəhimli “MTV xəbər”ə açıqlamasında bildirib. Gənc ifaçı sosial şəbəkələrdə geyimini müzakirə edənlərə bir daha cavab verib.
Bundan əlavə, S. Rəhimli xalq mahnılarına qulaq asmadığını qeyd edib: “Xalq mahnılarını dinləmirəm. Necə deyim? Zövq aldığım mahnılar başqadır”.