Musiqi
Musiqi

Xəyyamdan uzun fasilədən sonra yeni klip

Xəyyamdan uzun fasilədən sonra yeni klip

Əməkdar artist Xəyyam Nisanov yeni mahnısını və ona çəkilən klipi təqdim edib.

OLAY yazır ki, söz və musiqisi İsmayıl Əsədova məxsus olan mahnı “Qara gözlüm” adlanır. Bəstənin aranjimanını Samir Sultanov edib. Ekran işinin rejissorluğu Emin Muradova həvalə olunub. 

Sənətçinin klipdə tərəf müqabili isə aktrisa Kəmalə Alıyeva olub. Onlar bir-birinə aşiq iki sevgilini canlandırıblar. 

Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin “Youtube” kanalında yayımlanıb.