Musiqi
Musiqi

Dünən Orxan, bu gün Elxan...

Dünən Orxan, bu gün Elxan...

Reperlər Orxan Zeynallı və Elxan Zeynallı (Qaraqan) bu dəfə də ard-arda treklər təqdim edib.

OLAY yazır ki, ötən gün Orxan Avroviziya təmsilçimiz Aisellə birgə oxuduğu “Səma” mahnısını yayımlayıb. 

Sənətçi bu trekinə çəkilən klipini yutubda yerləşdirib. Onun bu ekran işi də Bəhruz Qurbanlı direktorluğu ilə ərsəyə gəlib. 

Bu gün isə Qaraqan “Zəncirbəndi” adlı treki dinləyicilərinin ixtiyarına verib. Elxanın ekran işində müxtəlif peşələrdən olan gənclər yer alıb.