Reperlər Elxan Zeynallı (Qaraqan) və Orxan Zeynallı ard-arda treklər yayımlayıb.
OLAY yazır ki, Qaraqan bu dəfə fərqli layihəyə imza atıb.
O, “Gecə radiosu” adı altında 3 trekini təqdim edib. Sənətçinin “Yadımda”, “Leylim” və “İçindəki zülmətin” adlı mahnıları Dicey Turalın təqdimatında klipdə yayımlanıb.
Onun ardınca O. Zeynallı “Sadəlövh” trekini dinləyicilərinin ixtiyarına verib. Mahnı Bəhruz Qurbanlının direktorluğu ilə ekranlaşdırılıb.