WOW
WOW

“Qaraqan”ın bu ifası 4 selektiv abortun qarşısını aldı

“Qaraqan”ın bu ifası 4 selektiv abortun qarşısını aldı

“Qaraqan” kimi tanınan reper, yazıçı Elxan Zeynallının bu yaxınlarda təqdim etdiyi “Qızım” mahnısı cəmiyyətdə böyük ajiotaja səbəb olub.

OLAY Teleqraf.com-a istinadən yazır ki, uzun fasilədən sonra musiqi karyerasını davam etdirən reperin YouTube və SPOTİFY platformasına yerləşdirilən və sevilən “Qızım” mahnısı ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Belə ki, mahnını dinləyən 4 hamilə xanım məktub yazaraq müxtəlif səbəblərdən övladlarını abort etmək istədiklərini, amma “Qızım” mahnısını dinləyəndən sonra fikirlərindən daşındıqlarını bildiriblər.

Bu barədə Qaraqanın YouTube kanalında məlumat verilib. Bildirilib ki, Qaraqan şəxsən o dörd gözəl körpənin bütün doğum xərclərini və ilk aylar bütün maddi xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, fəlsəfi layla janrında yazılmış mahnı ilə Qaraqan bütün xalqın qızlarına və gələcək nəsillərə müraciət edir. Atanın qızına ithafı kimi səslənən bu mahnının əsasında cəmiyyətin böyük problemləri işıqlandırılır. Keçmişin cahillikdən gələcəyin bayağılığa qaçan yeni nəsil sanki öz köklərini qurban verir və daxili zənginliyini unudur. Mahnı qadının cəmiyyətin vacib parçalarından biri olduğunu vurğulayır – belə ki, adətən övlad haqqında yazılan şeirlərin bir çoxu oğullara ithaf edilir. Qaraqan “Qızım” mahnısı ilə həm də bu cahil ənənəni dəyişir. Amma cahillik təkcə keçmişdən deyil gələcəkdən də gələ bilər. QQ bildirir ki, elmi inkişafın bizə verdiyi seçmə (selektiv) abort da belə cahilliklərdən biridir.

Mahnının klipində cılız qız İstanbulun küçələri ilə ona ağır yük olan qızıl balığı daşıyır. Yalnız videonun sonunda qızın hara getdiyi məlum olur.