Gənc artist Nuran Xalq artisti Röya Ayxanla təqdim edəcəyi duetlə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Xəbər-ətər” verilişində qonaq olarkən danışıb. Nuran ifalarının yayım tarixi haqda bunları söyləyib:
“Bunu hamı soruşur. Röya xanımın illik qrafiki var ki, orada kimlərlə oxuyacağı, hansı mahnıları təqdim edəcəyi qeyd olunub. Bu gecikmə normaldır. Mən də hazırda albom üzərində çalışıram. Röya xanımın silsilə mahnılarından, mənim də albomumdan sonra yayımlanacaq. Amma deyim ki, çox gözəl mahnıdır”.