Musiqi
Musiqi

Nailə Mirməmmədlinin yaradıcılıq gecəsi olacaq

Nailə Mirməmmədlinin yaradıcılıq gecəsi olacaq

Ötən il qəfildən vəfat edən Əməkdar mədəniyyət işçisi Nailə Mirməmmədlinin yaradıcılıq gecəsi keçiriləcək. 

OLAY yazır ki, bu barədə Xalq artisti Röya Ayxan instagramda məlumat verib. Məşhur müğənni sözügedən gecənin mayın 23-də Heydər Əliyev Sarayında baş tutacağını qeyd edib. 

Röya, həmçinin ustadını da ölüm ildönümü ilə bağlı yad edib:

“Mənim həyatımda böyük rolu olan ailəm, Nailə xanım. Bilirəm, yenə də yanımdasan. Axı sən hər zaman sağikən Hikmət müəllimin (bəstəkar Hikmət Mirməmmədli-red) ruhunun bizi izlədiyini deyirdin. İnandırmışdın. İndi ikinizin bir arada olduğuna inanıram. Ölümündən sabah bir il ötür. Dediyin kimi, kəpənəklər qovuşdu. 

Arzuların reallaşır. Sənin ad günündə, 23 mayda Heydər Əliyev Sarayında böyük orkestr ilə yaradıcılıq gecəni keçirəcəyik. Əlbəttə o gün Hikmət müəllimin mahnıları da orada oxunacaq. Sizi ayırmaq olarmı?

Həyat sizsiz davam edir... Sizin yoxluğunuz, həyatımda yaranan boşluq çox hiss olunur. Ruhunuz şad olsun”.