Musiqi
Musiqi

Frida Kalo oldu, adını dəyişdi

Frida Kalo oldu, adını dəyişdi

Müğənni Natavan Həbibi yeni albomunun ilk sinqlını dinləyicilərinə təqdim edib.  

OLAY yazır ki, sözügedən mahnı “Sevda nədir ki?” adlanır və sözləri Orxan Qarabasmaya, musiqisi Kazım Cana aiddir. 

Albomun birinci hissəsinə daxil olan bəstənin əsas fotosuna da xüsusi diqqət ayrılıb. Belə ki, N. Həbibi bu dəfə yaratdığı avtoportretlərlə tanınan meksikalı rəssam Frida Kalo obrazında kamera qarşısına keçib.  

Bundan əlavə, Həbibi yeni səhnə adını da təqdim edib. Müğənni bundan sonra fəaliyyətinə “NataOne” adı ilə davam edəcək. 

Qeyd edək ki, alboma “Sevda nədir ki?”dən əlavə “Bilmirəm”, “Bərabər”, “Başqa insan”, “Nigaran” adlı mahnılar daxildir. 

Natavan qeyd edib ki, həmin sinqllar da tezliklə musiqi platformalarında yayımlanacaq.