Aktrisa Sandra Bullokun sevgilisi, fotoqraf Brayan Randall amiotrofik yanal sklerozla üç illik mübarizədən sonra 57 yaşında vəfat edib.
OLAY yazır ki, aktrisa sevgilisinin son anına qədər yanında olub və ona qulluq edib.
"Brayan xəstəliyini gizli saxlamağı seçdi və onun xahişini yerinə yetirmək üçün mümkün olan hər şeyi etdik" - deyə B.Randallın ailə açıqlamasında deyib.
Qeyd edək ki, amiotrofik yanal skleroz (ALS) mərkəzi sinir sisteminin xroniki degenerativ zədələnməsidir. Proqressiv əzələ iflici olan xəstələrdə zamanla nitq, udma və nəfəs alma ilə bağlı problemlər yaranır. Bu xəstəlik adətən bir neçə il sonra ölümlə nəticələnir.