Fotosessiya
Fotosessiya

Xalq artistinin xanımı sinir iflici keçirdi

Xalq artistinin xanımı sinir iflici keçirdi

Xalq artisti Cavan Zeynallının həyat yoldaşı Röya xanım sinir iflici keçirib.

Bu haqda sənətçi OLAY-a açıqlamasında deyib.

“Hələ ki müalicələr xəstəxanada davam edir. Yaxşı şey deyil… Sinir iflici vurub. İnşallah, hər şey yaxşı olacaq”, - deyə, Zeynallı bildirib.

Qeyd edək ki, müğənninin xanımı noyabrda da xəstəxanaya yerləşdirilmişdi.

Məlumat üçün bildirək ki, bu ifaçının ikinci evliliyidir. O, ilk dəfə 1972-ci ildə Rusiyada ailə qurub. Xalq artistinin həmin evlilikdən bir qızı var. Həmin qız hazırda Finlandiyada yaşayır. Zeynallının Röya xanımla evliliyindən isə övladı yoxdur.