Musiqi
Musiqi

Dünya turnesi təxirə düşdü

Dünya turnesi təxirə düşdü

Dünyaca məşhur müğənni Madonna səhhəti ilə əlaqədar dünya turnesini təxirə salıb.

OLAY yazır ki, bu barədə ifaçı sosial şəbəkə hesabında məlumat yayıb. 

İyulun ortalarına planlaşdırılan konsert turnesi oktyabr ayına qədər ertələnib. 

“Xəstəxanada oyananda ilk düşündüyüm uşaqlarım oldu. İkinci fikrim isə konsertimə bilet alanları məyus etmək istəmirdim” – deyə Madonna bildirib.

Eyni zamanda, ifaçı əlavə edib ki, o, dinləyiciləri və komandasını ruhdan salmaq istəmir, ona görə də diqqətini səhhətinin bərpasına yönəldəcək.

Xatırladaq ki, iyunun 29-da Madonna konsert turuna hazırlaşarkən qəfil huşunu itirib. Daha sonra müğənninin bakterial infeksiyaya yoluxduğu məlum olub.