Türkiyəli məşhur müğənni İbrahim Tatlıses 13 yaşlı aktrisa Beren Gökyıldızın artıq çəkili olduğu ilə bağlı paylaşımı müzakirə yaradıb.
OLAY yazır ki, ifaçı "Twitter" səhifəsində "Yeşil vadinin kızı" 5-6 kilo arıqlamalıdır. Arıqlayandan sonra yanaqlarındakı şiş də yoxa çıxacaq. Gözəl qızımızı Ankarada kababxanada görmüşdüm. İnşallah kababa olan sevgisi çox çəkməz. Qardaşının sözünə qulaq asar. Uğurlar qızım, səni izləyirəm" - sözlərini yazıb.
Tatlısesin bu açıqlamasını televiziya aparıcı Serap Paköz sərt tənqid edib: "Şiddətə meyilli insanların əli dayansa da, ağızları dayanmaz! İbrahim Tatlıses bu ölkədə zorakılığın özüdür. Fiziki şiddət tətbiq edə bilmədiyi halda, psixoloji şiddətə əl atır. Mən heç təəccüblənmədim. Şiddəti dəstəkləmək xarakter məsələsidier və insan bunun qarşısını ala bilməz. Ona hələ də "imperator" deyənlər onu dəstəkləyənlərdir".