Musiqi
Musiqi

"Eurovision 2024"-ün keçiriləcəyi şəhər və tarix açıqlandı

"Eurovision 2024"-ün keçiriləcəyi şəhər və tarix açıqlandı

İsveçin SVT və Avropa Yayım Birliyi bu günlərdə "Eurovison 2024" mahnı müsabiqəsinin İsveçin Malmö şəhərində keçiriləcəyini açıqlayıb.

OLAY yazır ki, müsabiqə 2024-cü ilin may ayında Malmö Arenadan canlı olaraq keçiriləcək. 

Müsabiqənin tarixləri də açıqlanıb:

1-ci yarımfinal: 7 may 2024-cü il

2-ci yarımfinal: 9 may 2024-cü il

Böyük Final: 11 may 2024-cü il

Qeyd edək ki, müsabiqə üçüncü dəfədir ki, Malmödə keçiriləcək. Şəhər 1992 və 2013-cü illərdə də "Eurovision"a ev sahibliyi edib.