Barbadoslu müğənni Rihanna sevgilisi Eysəp Rokinin konsertinə “çılpaq” geyimdə gəlib.
OLAY yazır ki, bu barədə “Daily Mail” tabloidi məlumat yayıb. 35 yaşlı Rihanna fransız moda evi “Jean Paul Gaultier”dən 2001-ci ilin yaz-yay kolleksiyasından olan vintaj paltardan geyinib.
İkinci övladına hamilə olan ifaçı alt paltarı əvəzinə transparan parçadan tikilmiş dar donun altında “Oséree” mikrobikini geyinib.
O, görünüşü qızılı stiletto sandaletləri ilə tamamlayıb.