Musiqi
Musiqi

Aygün nirvanadadır - VİDEO

Aygün nirvanadadır - VİDEO

Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rus dilli albomunu dijital platformalarda təqdim edib.

OLAY yazır ki, Alboma Kazımovanın “Nirvana”, “Oderjima”, “Tarantino” kimi yeni mahnıları daxildir. Bununla yanaşı müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu Azərbaycan, Filip Kirkorovla olan dueti Jan Azərbaycan! da albomda yer alıb.

Məşhur Sus mahnısının rus dilində olan və Pust adlı versiyası da alboma daxil edilib.

Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib. Albom 6 mahnıdan ibarətdir.

Qeyd edək ki, “Я в Нирване” Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur.