Musiqi
Musiqi

Qalmaqallı açıqlamasından sonra görüşdülər

Qalmaqallı açıqlamasından sonra görüşdülər

Keçmiş “W-trio” qrupunun  üzvləri Natavan Həbibi və Elnarə Xəlilova uzun müddət sonra görüşüb.

OLAY  yazır ki, sənətçilər illər sonra tədbirlərin birində qarşılaşıblar.  İki sənət dostunun görüş anından videolar sosial şəbəkələrdə paylaşılıb. 

Qeyd edək ki, Elnarə ötən günlərdə Natavan haqda “El canlı” verilişində bu qalmaqallı açıqlamanı vermişdi:

“Axırıncı dəfə üç il olar ki, görmüşəm. Nömrələr məndə yoxdur. Son 10 ildə yadıma gəlmir ki, onunla şəxsidə danışım. Şəxsi Votsap nömrələri olan, sevdiyim, dərin hörmət bəslədiyimiz ulduzlarımız var. Toyunda iştirak etmədim, dəvət etməmişdi. Amma mən onu toyuma çağırmışdım. Mərkəz açanda da müsahibə verib dəvət etdim. Natavan dedi ki, bilirsən nə var, Elnarə? Şərikli biznes olmaz. Mən onu şərik dəvət etmirdim, qonaq çağırırdım. Bunu başa düşmədi. Biz ayrı-ayrı dünyaların adamıyıq. Tamamilə ayrı. Tərzlərimiz uyğun gəlmir, üst-üstə düşmür”.