Müğənni Elnarə Xəlilova həmkarı, “W-trio” qrupunun keçmiş solisti Natavan Həbibi barədə açıqlamalar verib.
OLAY yazır ki, o, bu barədə “El canlı” verilişində danışıb. Elnarə Natavanla artıq yaxın olmadıqlarını bildirib:
“Axırıncı dəfə üç il olar ki, görmüşəm. Nömrələr məndə yoxdur. Son 10 ildə yadıma gəlmir ki, onunla şəxsidə danışım. Şəxsi Votsap nömrələri olan, sevdiyim, dərin hörmət bəslədiyimiz ulduzlarımız var. Toyunda iştirak etmədim, dəvət etməmişdi. Amma mən onu toyuma çağırmışdım. Mərkəz açanda da müsahibə verib dəvət etdim. Natavan dedi ki, bilirsən nə var, Elnarə? Şərikli biznes olmaz. Mən onu şərik dəvət etmirdim, qonaq çağırırdım. Bunu başa düşmədi. Biz ayrı-ayrı dünyaların adamıyıq. Tamamilə ayrı. Tərzlərimiz uyğun gəlmir, üst-üstə düşmür”.