Müsahibə
Müsahibə

“Məndən də Natavan və Elnarəni soruşsalar, xoşuma gəlməz”

“Məndən də Natavan və Elnarəni soruşsalar, xoşuma gəlməz”

“Oktyabrın 1-i Elnarənin (müğənni Elnarə Xəlilova- red), 8-i atamın doğum günüdür. Oktyabrın 9-u atama utana-utana zəng etdim. Bir qız necə atasını doğum günündə təbrik etməyə bilər? Atamla danışıram, ağlıma gəlir ki, axı Elnarənin də doğum günü idi. Bütün video-fotolarımızı bir yerə yığmaq istəyirdim. Demək istəyirəm ki, arada adam öz əzizini də unudur. O, da mənim üçün əzizdir”.

Bu sözləri OLAY-a Xalq artisti Röya Ayxan deyib. O, həmkarı Elnarə Xəlilovanın “Mənə Natavan və Röya ilə bağlı sual verməyin” açıqlaması haqda danışıb:

“Elnarə düz deyir. O, hara gedir, bizi soruşurlar. Ağıllı uşaqlar böyüdür, Vətənə xidməti olan bir hərbçinin  həyat yoldaşıdır. Mən də hara çatsam, Natavan və Elnarə soruşsalar, xoşuma gəlməz. Amma məndən soruşmurlar. Bu gün Natavan mənə pis nəsə yazsa, bir söz desə də, fərqi yoxdur. Məsələn, adam ailə üzvləri ilə nə qədər problem yaşasa da, onlara qarşı sevgisi qalır. Yalnız sevmədiyin adamla illərlə düşmən ola bilərsən. Sevdiyindən isə küsürsən, sonra yadından çıxır. Mən də 1 saat sonra unuduram. Yadıma salsan, dinozavr oluram. İmkan verin həyatımı yaşayım”.

Müğənni həmkarlarının fəxr ad almaq  üçün gileylənməsindən də söz açıb:

“İllərdir öz yerim üçün çalışıram. Hamı bir iş görür, çalışır, istəyir ki, mükafatlandırsınlar. Nə pis reaksiya vermişəm, nə də buna qarşı çıxmışam. Öz işimdə olmuşam. Deyiblər, bu dəlidir, soyundu-geyindi və sair. Mən fəxri ada layiq görüləndə təəccübləniblər. Hamı Xalq artisti olmağımı istəyirdi. Lakin olandan sonra dedilər ki, belə geyinir və sair. Mən sənin sevginə, sənət fəaliyyətimə görə Xalq artisti olmuşam”.

Röya həmçinin ona “Səs Azərbaycan” mahnı müsabiqəsində münsif olması üçün təklif gəldiyini də təsdiqləyib:

“Qəbul etdim, amma qonorarda razılaşmadım. Çünki bir işi atıb gəlirəmsə, hər saatım puldur, qiymətlidir. Orada ruhən gözəl olmaq lazımdır. Bugünkü münsiflərdən narazı deyiləm. Mən çox qonorar istəyirəm. Daha doğrusu özümə uyğun istəyirəm. Orada saatlarımı itirəcəm, tez-tez paltar dəyişəcəm, mənim yanımda 37 nəfər işləyir. Onların maaşını verməliyəm, problemlərini həll etməliyəm. Bir qadın hamıya cavab verir”.

Video: Nuran Məmmədov