“Bir neçə gün öncə İlon Mask bütün sivil dünyanı çalxaladı... Bu filmi paylaşaraq bütün valideynlərin baxmasını tövsiyyə etdi. Məsələnin qalmaqallı tərəfi odur ki, “Qadın kimdir” filmi ABŞ-də uşaqlar arasındakı cinsiyyət dəyişmə, cinslərarası bioloji fərqləri inkar etməyin yaratdığı çirkin reallıq haqqında bəhs edilir”.
OLAY yazır ki, bu sözləri bəstəkar-müğənni Murad Arif sosial media hesabında yazıb. O, filmin linkini izləyiciləri ilə paylaşaraq sözlərinə belə davam edib:
“Bunu İlon Mask kimi dünyanın ən əsas, ən varlı adamlarından biri paylaşırsa, bu hərəkət haradasa inqilabi sayıla bilər. Görünən odur ki, “Yeni dünyanın” baxışına görə cinsiyyət və gender fərqli şeylərdir. Kişi kimi doğulan bioloji fərd özünə qadın deyirsə, cəmiyyət bunu şərtsiz qəbul etməlidir. Hətta uşaqlar belə, cinslərini dəyişmək qərarı verə bilər. Bəzən bu əməliyyatlar valideynlərin etirazına rəğmən edilir. Film bütün bu olayları açıb-ağardır”.
Qeyd edək ki, film 2022-ci ildə təqdim edilib.