“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva ötən sezon maraqla qarşılanan “Qaranlıqda həqiqət” layihəsinin ikinci mövsümünə hazırlaşır.
OLAY-ın məlumatına görə, iş xanımı RTV-də yayımlanan verilişinin anonsu üçün kamera qarşısına keçib.
Çəkilişdən fotolar paylaşan R. Əliyeva tezliklə proqramın yeni buraxılışının yayımlanacağını bildirib:
“Tezliklə “Qaranlıqda həqiqət” layihəmizin yeni mövsümü ilə qarşınızdayam. Bu dəfə sizi daha maraqlı mövzular, dəyərli qonaqlar və fərqli baxış bucaqları gözləyir. Hər buraxılışda həqiqətin qaranlıq tərəflərinə işıq salacağıq. İzləmədə qalın”.