Musiqi
Musiqi

Reper festivala buraxılmadı

Reper festivala buraxılmadı

Konsertində 10 nəfər həlak olan reper Travis Scott “Coachella” festivalından uzaqlaşdırılıb.

OLAY yazır ki,  bununla bağlı 60 min nəfər imza toplayıb. Onlar izdihamın ardınca məhkəməlik olan reperi 2022-ci ildə Nyu-Yorkda keçirilməsi planlaşdırılan festivalda görmək istəmədiklərini bildiriblər.

Bundan başqa Scottla bir çox brend iş birliyini sonlandırıb.

Qeyd edək ki, ötən ay bir musiqi festivalında Scott səhnə aldığı zaman konsertində izdiham yaşanıb. Nəticədə 10 nəfər həlak olub, ölənlər arasında azyaşlılar da var. Həmçinin, bir çox şəxs yaralanıb və infrakt keçirib.