Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, bu barədə sənətçinin oğlu Tural Abdullayev “Qafqazinfo”ya məlumat verib. Onun sözlərinə görə, Ş.Haşımova sabah günün birinci yarısı əməliyyat olunacaq:

“Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısına kimi əməliyyat olunmalıdır”.

Xatırladaq ki, 68 yaşlı Xalq artistinin 2023-cü ildə də səhhətində problemlər yaranmışdı.