Musiqi
Musiqi

Qalkin üzərindən xarici agent statusunun götürülməsini tələb edib

Qalkin üzərindən xarici agent statusunun götürülməsini tələb edib

Rusiyalı şoumen Maksim Qalkin Moskva məhkəməsində xarici agent statusunun götürülməsini tələb edib.

OLAY yazır ki, o, Moskvanın Zamoskvoretski məhkəməsinə müraciət edərək xarici agentlərin fiziki şəxslərin reyestrindən çıxarılmasını istəyib.

Xarici agentlər haqqında qanunun həmmüəllifi Oleq Matveyçev isə sənətçinin uğur qazanacağına şübhə edir. Bundan başqa, Qalkinin etiraz cəhdi isə sosial mediada rusları da qəzəbləndirib.

Qeyd edək ki, teleaparıcı 16 sentyabr 2022-ci ildə xarici agentlər siyahısına əlavə edilib. Reyestr məlumatlarına görə, Qalkin siyasi fəaliyyətinə görə bu statusu alıb.