Şoumen Maksim Qalkin Kemerovo vilayətinin regional mükafatlarından məhrum ediləcək.
OLAY yazır ki, bu təşəbbüs Kuzbass Veteranlar Şurası tərəfindən irəli sürülüb, onu bölgənin qubernatoru Sergey Tsivilev dəstəkləyib.
“Sizə estrada artisti Maksim Qalkinin 2004-cü ildə ona təqdim edilmiş “İnam və xeyirxahlığa görə” medalından və 2013-cü ildə təltif edilmiş Kuzbassın Şərəf ordenindən məhrum edilməsi xahişi ilə müraciət edirik. Bu mükafatlar Rusiya Federasiyasının vətəndaşlarına Kuzbass və Rusiyanın inkişafına yönəlmiş fəal ictimai fəaliyyətlərinə görə verilir”,- deyə qeyd olunub.
Mükafatdan məhrum edilməsinə səbəb kimi fəallar sənətçinin bu yaxınlarda Dubayda çıxışı zamanı Ukraynayönlü millətçi şüar səsləndirməsini, həmçinin Qalkinin xarici agent kimi tanınmasını göstəriblər.