Şoumen Maksim Qalkin Rusiyanın Birinci Kanalındakı işini itirib.
OLAY yazır ki, bu barədə StarHit portal məlumat yayıb. Qeyd olunub ki, Qalkinin aparıcısı olduğu “Sevodnaya veçerom” (Bu axşam) proqramı mayda efirə qayıdır.
Lakin verilişin siması Maksim olmayacaq, onun yerinə məşhur sima cəlb olunacaq.
Mümkün namizədlər arasında Aleksandr Oleşko, Nonna Qrişaeva, Dmitri Borisov, Vyaçeslav Manuçarov var.
Birinci Kanalın mətbuat xidməti isə Qalkinin işdən çıxarılması ilə bağlı məlumatı inkar etməyib.
Qeyd edək ki, Maksim son Rusiya- Ukrayna gərginliyindən bu yana xanımı Alla Puqaçova ilə birgə İsraildə istirahətdədir.