Musiqi
Musiqi

Lorenin mahnısı ilə bağlı oğurluq iddiası

Lorenin mahnısı ilə bağlı oğurluq iddiası

Bu il Avroviziyada ikinci qalibiyyətini qazanaraq dünya tarixində ilkə imza atan Lorenin mahnısının plagiat olduğu iddia edilib.

OLAY yazır ki, sənətçinin “Tatoo” adlı trekin ukraynalı müğənni Mika Nyutonun “В плену” ifası ilə eyni olduğu bildirilib. İddialar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, mahnı 2005-ci ildə Mikanın “Аномалия” adlı albomunda yer alıb.

Onu da bildirək ki, Nyuton Ukraynanı 2011-ci ildə “Angel” mahnısı ilə Avroviziyada da təmsil edib.