Ötən ay 100 lirəlik əskinası tualetə atdığı üçün saxlanılan fenomen Mika Can Raunla (Mikayıl Kurnaz) bağlı istintaq başa çatıb.
OLAY yazır ki, Mikanın 7 il 6 aya qədər həbsi istənilir.
Qeyd edək ki, 100 lirəlik əskinasın üzərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotosu var.
Onu da xatırladaq ki, Mika pulu tualetə atarkən çəkdiyi videonu TikTok-da paylaşmışdı.