“Rast” qrupunun yaradıcısı, Əməkdar artist Rəşad Haşımov ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sənətçi OLAY-a açıqlamasında məsələnin araşdırıldığını, 6 min borcunun isə olmadığını söyləyib:
“Bu işlə peşəkarlar məşğul olurlar. Mən həmişə vergi ödəmişəm. Sözün düzü, heç biznesim yoxdur ki, altı minlik borc gəlsin. Sadəcə araşdırılacaq, tezliklə bilinəcək. Bu, xırda məsələdir. Yəqin ki, düzgün informasiya verilməyib”.