Əməkdar artist Lalə Məmmədova yeni klipini təqdim edib.
OLAY yazır ki, sənətçi Nuridə Atəşi və Faiq Süccədinovun əsəri olan “Darıxmışam”ı səsləndirib.
L. Məmmədovanın ifasını Orçun Mutlu Türkiyədə ekranlaşdırıb. Layihənin baş prodüseri isə Elnur Həsənovdur.
Qeyd edək ki, sözügedən mahnı mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarındandır.