Əməkdar artist Lalə Məmmədova “Darıxmışam” adlı albomunun ilk klipini təqdim edib.
OLAY yazır ki, sənətçinin layihədə ilk işi məşhur “Gözümdə Leylisən” mahnısıdır. Belə ki, əfsanəvi mahnının müəllifləri Emin Sabitoğlu və Rüfət Əhmədzadədir.
Klip Türkiyədə Orçun Mutlu tərəfindən lentə alınıb. Layihə rəhbəri Elnur Həsənovdur.
Ekran işi sənətçiyə məxsus bütün musiqi platformalarında təqdim olunub.