Musiqi
Musiqi

Kirkorov omba əməliyyatı etdirib

Kirkorov omba əməliyyatı etdirib

Rusiyanın Xalq artisti Filipp Kirkorovun omba əməliyyatı etdirdiyi məlum olub.

OLAY yazır ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.

Qeyd edək ki, Kirkorovun son estetik əməliyyatlardan sonra görüntüsü isə birmənalı qarşılanmır. Son paylaşımlarından birinin altında abunəçilər ona yeni görüntüsünün yaraşmadığını yazıblar. Həmçinin şəbəkədə sənətçi şou-biznesin digər ulduzları ilə müqayisə edilib.

“Nədənsə, o, saçı və üzü ilə mənə Boris Moiseyevi xatırlatdı”, - deyə, bir istifadəçi yazıb. Kirkorov həmçinin bolqar müğənni Azis və atası Bedros Kirkorovla müqayisə edilir.