WOW
WOW

Kirkorov əməliyyatlardan sonra tanınmaz halda

Kirkorov əməliyyatlardan sonra tanınmaz halda

Rusiyanın Xalq artisti Filipp Kirkorov yeni görüntüsünə görə izləyicilərin müzakirə obyektinə çevirilib.

OLAY yazır ki, mədəsində və üzündə plastik əməliyyat keçirən müğənni onurğa sütununu korreksiya etdirərək “press” formalaşdırıb.

Ulduzun cərrahı Timur Xaydarov sənətçinin yeni plastik əməliyyatından insanların “şok olacağını” bildirib. O, Kirkorovun “fenomenal sağalmasından” da danışıb. Həkim hesab edir ki, ifaçının qeyri-real iradəsi, sağlamlığı və əla genetikası var.

Kirkorovun əməliyyatlardan sonra görüntüsü isə birmənalı qarşılanmır. Onun son paylaşımlarından birinin altında abunəçilər ona yeni görüntüsünün yaraşmadığını yazıblar. Həmçinin şəbəkədə sənətçi şou-biznesin digər ulduzları ilə müqayisə edilib.

“Nədənsə, o, saçı və üzü ilə mənə Boris Moiseyevi xatırlatdı”, - deyə, bir istifadəçi yazıb. Kirkorov həmçinin bolqar müğənni Azis və atası Bedros Kirkorovla müqayisə edilir.

Sənətçinin bəzi pərəstişkarları yeni obrazının onu qocaltdığını qeyd ediblər. Onlar bildirib ki, Kirkorov plastik əməliyyatları dayandırmalıdır.