Xalq artisti Aygün Kazımova növbəti videosunu izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, fonda “Son söz” mahnısının yer aldığı paylaşım olduqca bəyənilib.
Lakin Kazımovanın görüntülərinə münasibət bildirən müğənni Xatun Əliyevanın şərhi diqqət çəkib.
“Mələyim, gözünüzdəki kədərə qurban olum. Rəbbim sizi qorusun. Hər zaman dimdik, gözəl-göyçək, güclü, qüvvətli olub, səhnələrdə bərq vurasız”, - deyə, Xatun vurğulayıb.