“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin finalı tarixdə ilk dəfə olaraq Böyük Britaniyanın bütün kinoteatrlarında canlı yayımlanacaq.
OLAY yazır ki, məlumatı Avropa Yayım Birliyi (EBU) təsdiqləyib.
Qeyd edək ki, Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub. Nəticələrə əsasən yarışın qalibi 631 səslə Ukrayna (“Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə) olub.