Musiqi
Musiqi

Sevda Zeynəb Xanlarovanın mahnısına klip çəkdirdi

Sevda Zeynəb Xanlarovanın mahnısına klip çəkdirdi

Müğənni Sevda Ələkbərzadə “Söylə yadındamı” adlı yeni mahnısını təqdim edib.

OLAY yazır ki, o, yeni ifası rəsmi “YouTube” kanalında yerləşdirilib. Daha əvvəl Xalq artisti Zeynəb Xanlarovanın səsləndirdiyi mahnını Sevda öz tərzində oxuyub.

Qeyd edək ki, mahnının musiqisi mərhum bəstəkar Ələkbər Tağıyevə, sözləri Xalq şairi Hüseyn Arifə məxsusdur. Sözügedən klipin rejissoru Yaqub Allahverdiyev, prodüseri Çinar Balayevadır.